SON XƏBƏRLƏR

SEPAH İraqın şimal bölgəsində müxalif qrupların qərargahına artilleriya zərbələri endirib

2022.09.24, 14:26
SEPAH İraqın şimal bölgəsində müxalif qrupların qərargahına artilleriya zərbələri endirib

Gunaz.tv

Sentyabrın 24-ü günortadan sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İraqın şimalında Muxtar Kürdüstan bölgəsində İrana müxalif kürd təşkilatların qərargahına artilleriya zərbələri endirməyə başlayıb.

İran mediası SEPAH-ın "Həmzə Seyyidülşühəda" qərargahı tərəfindən həyata keçirilən artilleriya hücumunun İrandakı etiraz aksiyalarına qarşı cavab kimi təqdim edir.

İran hökuməti ölkədə baş qaldıran kütləvi dinc aksiyaların xarici qüvvələr və müxalif siyasi təşkilatlar tərəfindən planlaşdırıldığını iddia edərək, repressiyalara bəraət qazandırmaq istəyir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar