SON XƏBƏRLƏR

"Traxtur" klubu hakimlərdən şikayət verib

2022.08.27, 06:27
"Traxtur" klubu hakimlərdən şikayət verib

Gunaz.tv

Bu barədə klubun icraçı direktoru Əyyub Behtac mediaya verdiyi açıqlamada bildirib.

Əyyub Behtac oyunda hakimin yanlış qərarlarından topladıqları sənədlərlə birgə etiraz məktubunu İran Futbol Federasiyasına göndərəcəklərini deyib.

İranın birinci futbol liqasının üçüncü həftəsinin oyunları çərçivəsində avqustun 26-da yerli vaxtla axşam saat 21:00-da Əhvazda baş tutan qarşılaşmada “Traxtur” Xuzistanın "Fulad" klubuna 3:2 hesabı ilə məğlub olub.

Bu oyunda Xuzistan komandasının iki qolu penaltidən vurulub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar