SON XƏBƏRLƏR

"Qələbəni əlimizdən aldılar"- "Traxtur"un baş məşqçisi hakim qərəzindən şikayətləndi

2023.01.13, 10:59
"Qələbəni əlimizdən aldılar"- "Traxtur"un baş məşqçisi hakim qərəzindən şikayətləndi

Gunaz.tv

Tehranın "Azadi" stadionunda başlayan oyun 90 dəqiqədə 0-0 hesabı ilı başa çatdığı üçün 30 dəqiqə əlavə vaxt təyin olunub.

Əlavə vaxt 93-cü dəqiqəsində "Traxtur" "İstiqlal"ın qapısından qol keçirib.

Lakin oyunu idarə edən hakimin "Traxtur"a qarşı qərəzi hesaba təsir edib.

Hakimin  oyunun 110 və 122-ci dəqiqələrində "Traxtur"un qapısına təyin etdiyi mübahisəli penaltı zərbələrindən sonra Tehran klubu 2-1 hesabı ilə qalıb gəlib.

"Traxtur"un ispaniyalı baş məşqçisi Pako Xemez mediaya verdiyi açıqlamada "İstiqlal" komandasının xarici dəstək nəticəsində qalıb gəldiyini deyib.

"Oyundan qalıb ayrılmaq və turnir cədvəlində irəliləmək haqqımız idi. Ancaq bu haqqı əlimizdən aldılar. "İstiqlal"ı xarici dəstək vasitəsilə qalıb elan etdilər. Bunu necə istəyirsiniz elə də yozun", - deyə, Pako Xemez Azərbaycan klubuna qarşı haqsızlıq edildiyini bildirib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar