SON XƏBƏRLƏR

"Traxtur"dan vacib qələbə: Təbriz klubu “Sənət Neft Abadan”ı məğlub edib

2022.09.11, 06:12
"Traxtur"dan vacib qələbə: Təbriz klubu  “Sənət Neft Abadan”ı məğlub edib

Gunaz.tv

Oyun sentyabrın 10-u, yerli vaxtla saat 17:00-də Təbrizin "Yadgari İmam" (Səhənd) stadionunda baş tutub. 35 minə yaxın tamaşaçının izlədiyi oyun qarşılıqlı hücumlar şəraitində keçib.

Qurban Berdiyevin yetirmələri çoxlu imkanlar yaratsalar da, 90 dəqiqədə qol vura bilməyiblər.

90+2-ci dəqiqədə "Traxtur" hücumçusu Rza Əsadi komandasına qələbə qazandıran qolu rəqib komandanın qapısından keçirə bilib.

Bu qələbə ilə “Traxtur” 8 xal toplayaraq turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib, “Sənət Neft Abadan” isə 4 xalla on dördüncü pillədə qərarlaşıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar