SON XƏBƏRLƏR

İran Premyer Liqası: "Traxtur" İsfahan klubu ilə heç-heçə etdi

2022.08.20, 06:28
İran Premyer Liqası: "Traxtur" İsfahan klubu ilə heç-heçə etdi

Gunaz.tv

Avqustun 19-da Təbrizin "Bonyan Diezel" stadionunda yerli vaxtla saat 18:30-da başlayan oyunda hesab 30-cu dəqiqədə açılıb.

Sadiq Sadiqi "Zob Ahən"i hesabda irəli çıxarıb. "Traxtur"un bərabərlik qolu isə oyunun son saniyələrdə vurulub.

Oyuna əlavə olunmuş dəqiqələrdə (97) Rza Əsədi baş zərbəsi ilə hesabı bərabərləşdirib.

Bu, Təbriz komandasının türkmənistanlı baş məşqçi Qurban Berdiyevin başçılığı altında keçirdiyi ikinci oyundur.

Bundan öncə "Traxtur" Surcan şəhərinin "Qol Qohər" klubuna məğlub olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar