SON XƏBƏRLƏR

Qərbi Azərbaycan xəstəxanalarında çarpayı çatışmır

2022.02.23, 09:04
Qərbi Azərbaycan xəstəxanalarında çarpayı çatışmır

Gunaz.tv

O, xəstəxanalarda çarpayı çatışmazlığını bildirib.

Məsudi hal-hazırda əyalətdə 5740 xəstəxana çarpayısının olduğunu və bunun lazim olan ehtiyacdan ən azı 495 çarpayı az olduğunu qeyd edib.

“Ölkədə orta hesabla min nəfərə 1,59 xəstəxana çarpayısı düşür. Bu Qərbi azərbaycan əyalətində hər min nəfər üçün 1,7 çarpayı civarındadır.

Bununla da əyalət xəstəxana çarpayılarının sayına görə ölkə üzrə orta göstəricidən aşağıdır”-deyə, Məsudi bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti təhsil və səhiyyə göstəricilərinə görə İranda ən geri saxlanılmış əyalətlərdən biri sayılır.

Bir neçə həftə öncə Qərbi Azərbaycan əyalətinin Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə bölgələr üzrə səhiyyə imkanlarının bərabər bölüşdürülmədiyini demişdi.

O, özəlliklə əyalətin bir sıra bölgələrində tibbi imkanların, xəstəxanaların olmadığına diqqət çəkərək, bunun vətəndaşların sağlamlıqlarına laqeydlik kimi dəyərləndirib.

Millət vəkili sadaladığı məsələlərə görə  Səhiyyə Nazirliyini ədalətsizlikdə ittiham edib: “Qərbi Azərbaycan əyaləti, o cümlədən Xoy və Çaypara şəhərləri tibbi imkanlar və səhiyyə xidmətləri baxımından olduqca geridə qalıb. Bu açıq-aşkar ayrı-seçkilidir”.

C.E

چالش‌های قانونگذاری در ایران؛ بسیاری از دستورکارهای مجلس اولویت جامعه نیست/  مجلس تنقیح قوانین را فراموش کرده است؛ عادل نجف زاده در گفت و گو باشفقنا |  خبرگزاری بین المللی شفقنا

Adil Nəcəfzadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar