SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində 5 dövlət məmuru həbs edilib

2022.08.31, 08:05
Qərbi Azərbaycan əyalətində 5 dövlət məmuru həbs edilib

Gunaz.tv

Məlumatda əyalətin məhkəmə sisteminin başçısı Nasir Ətəbatiyə istinadən saxlanılanların korrupsiya və mənimsəmədə ittiham olunduqları qeyd olunub.

Həbs edilən bələdiyyə məmurlarının kimiyi barədə açqlama verilmir.

Lakin onların barəsində cinayət işinin açılıb, onlarla əlbir olan şəxslər barədə araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir müddət bundan öncə Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində əyalətdə müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.    

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar