SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində toz fırtınası başlayıb

2022.05.05, 11:12
Qərbi Azərbaycan əyalətində toz fırtınası başlayıb

Gunaz.tv

Səid Musəvi mayın 5-i və 6-da əyalətdə güclü toz fırtınalarının olacağı barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, hal-hazırda əyalətin cənub bölgəsində bir neçə şəhərin havası çirklənib və həssas yaş qrupları üçün təhlükəli elan olunub.

Bukan şəhərində hava çirkliliyinin təhlükəli səviyyəyə çatdığını bildirən Musəvi, əhalidən evlərini tərk etməməyi, açıq havaya çıxmamağı xahiş edib.

Qeyd edək ki, son günlər İranın qərb bölgələrində baş qaldıran toz fırtınaları bir neçə əyalətdə, özəlliklə Xuzistanda həyatı iflic edib.

Toz fırtınaları ilə yanaşı Urmu gölünün qurumuş yatağından qaynaqlanan duz fırtınaları isə Qərbi və Şərqi Azərbaycan əyalətlərində ciddi fəsadlar törədir, əkin və bağ sahələrinə ziyan vurmaqla yanaşı əhalidə tənəffüs problemlərinin çoxalmasına səbəb olur. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar