Qərbi Azərbaycan əyalətinin Üşnü şəhərində öldürülənlərin sayı artdı

22.09.2022, 09:42

Qərbi Azərbaycan əyalətinin Üşnü şəhərində öldürülənlərin sayı artıb. İnsan haqları təşkilatları sentyabrın 21-i gecə yaralanan daha iki nəfərin bu gün öldüyünü bildirir.

Gunaz.tv Quote | Gunaz article

Sentyabrın 21-də Qərbi Azərbaycanın Üşnü (Üşnəviyyə) şəhərində keçirilən etiraz aksiyaları zamanı SEPAH üzvləri və xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində Sədrəddin Litani adlı 27 yaşlı gəncin öldürüldüyü təsdiqlənmişdi.

Sentyabrın 21-də yaralanan Əmin Mərifət və Milad Həqiqi adlı gənclərin də bu gün sentyabrın 22-də öldüyü bildirilib.

Məlumatda bildirirlir ki, Üşnü şəhərinin "Bəbii Əkrəm" xəstəxanasına yerləşdirilən yaralıların təcili əməliyyata ehtiyacı olsa da, təhlükəsizlik qüvvələri buna mane olub.

Nəticədə əməliyyat olunmayan gənclər qan itirmədən dünyalarını dəyişiblər.

Bununla yanaşı İlam şəhərində başından aldığı güllə yarası alan Möhsün Qeysəri adlı gəncin də öldüyü təsdiqlənib.

Bununla da İranda son günlər baş verən etiraz aksiyalarında öldürülən şəxslərin sayı 13 nəfərə çatıb.

Çoxlu sayda ağır yaralı var, ölü sayının artacağı gözlənilir.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social