SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021.10.22, 13:15
Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin başçısı Cavad Ağazadə məklumat verib.

O, bu gün oktyabrın 22-də mediaya verdiyi açıqlamaya görə, əyalətdə koronavirusa yoluxma sayında yenidən çoxalma qeydə alınıb.

Cavad Ağazadə son 24 saatda daha 1047 nəfərin COVİD-19-a yoluxduğunu, onlardan 248 nəfərinin xəstəxalanalrda yerləşdirildiyini deyib.

C.Ağazadənin sözlərinə görə, hazırda əyalət xəstəxanalarında müalicə alan koronavirus xəstələrinin sayı 1417 nəfərdir. Onların 284 nəfəri reanimasiya bölmələrində yerləşdirilib, 45 xəstə isə süni tənəffüs aparatına qoşulub.

Tibb Elmləri Universitetinin verdiyi məlumata görə son sutkada daha 15 koronavirus xəstəsi dünyasını dəyişib. 

Bu günə kimi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı 6717 nəfərə yüksəlib.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar