SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda torpaq çökməsi təhlükəli həddə çatdı

2021.11.20, 11:25
Qərbi Azərbaycanda torpaq çökməsi təhlükəli həddə çatdı

Gunaz.tv

Onun sözlərinə görə, problem olduqca təhlükəli miqyas alıb.

 Yasir Rəhbərdin qanunsuz və icazəli quyular vasitəsilə istehlak nəticəsində hər il Salams düzündə 32 milyon kubmetr yeraltı su qaynaqlarından azaldığını və bunun 30 ildir davam etdiyini deyib.

Rəhbərdin bu müddət ərzində bölgənin yeraltı qaynaqların 930 milyon kubmetr suyunun azaldığını və istifadə olunan qaynaqların yeri dolmadığı üçün torpaq çökməsinin narahatedici səviyyədə çoxaldığını söyləyib.

“Bütün əyalət boyu yeraltı su mənbələrindən qaydasız suyun keyfiyyətini aşağı salıb. Bu eyni halda kənd təsərrüfatı sahəsinin bənd sularından payının azalması ilə əlaqədardır.

Bu sahə normal idarə edilməli, bununla bağlı infrastruktur quruculuğu həyata keçirilməli idi. Ancaq büdcə çatışmazlığı ucbatından bu vacib məsələlər reallaşdırıla bilməyib”-deyə, Yasir Rəhbərdin bildirib.

Oktyabrın birinci yarısında da, yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu düzlərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə xəbərdarlıq edilib.

İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi mətbuata verdiyi müsahibədə adı çəkilən bölgələrdə torpaq çökməsinin böhran səviyyəsinə çatdığını bildirib.

“Geoloji tədqiqatlar sahəsində "yerin gizli ölümü" adlandırılan torpaq çökməsi  nəticəsində Qərbi Azərbaycan əyalətinin 3 düzənliyinin şəhər və şəhərətrafı infrastrukturu, yolları və digər infrastrukturunu təhlükə altına salıb”-deyə, Sərtipi xəbərdarlıq edib.

C.E    

آذربایجان غربی مدفن نیم درصد از طلای جهان است - وب سایت خبری تحلیلی آوای مرز

Əbdülhəmid Sərtipi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar