SON XƏBƏRLƏR

Ərbilə balistik raketlər Təbrizdən atılıb

2022.03.13, 09:25
Ərbilə balistik raketlər Təbrizdən atılıb

Gunaz.tv

Amerika Yaxın Şərq Araşdırmaları İnstitutunun tədqiqatçısı Çarlz Lister öz tvitter hesabında İran İlsam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Təbriz yaxınlığındakı bazasından İraqa qısa mənzilli Fateh-110 ballistik raketlərinin atıldığını göstərən videoları yerləşdirib. 

Onun sözlərinə görə, Təbrizlə Ərbil arasındakı məsafə təxminən 350 km-dir və “Fateh-110” raketlərinin atış məsafəsinə uyğundur.

Qeyd edək ki, bazar günü gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsi İran ərazisindən həyata keçirilib. 

“Reuters” agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən bildirib ki, atışma Amerika hərbçiləri arasında itkilərə səbəb olmayıb.

İraq rəsmilərinin raketlərin hədəfinin Amerikanın Ərdəbildə tikilməkdə olan yeni konsulluq binası olduğu barədə açıqlamalarına baxmayaraq, bir sıra qaynaqlar raketkərin İsrailin xüsusi kəşfiyyat və əməliyyat təşkilatı MOSSAD-ın bazasını hədəf aldığı barədə məlumat yayıblar.

İran mediası raketlərin haradan atılması barədə məlumat vermədən ərəb mediasına istinadən raket zərbələrinin Ərbildən 10 km şimal-şərqdə yerləşən Salah əl-Din yaylaq bölgəsində yerləşən Mossad mərkəzini dəqiq hədəfə aldığını iddia ediblər.

Onlar Livanın ərəb dilli “Əlməyadin” xəbər kanalına istinadən raket zərbələri nəticəsində bir neçə İsrail məmurunun öldüyü və yaralandığını yazıblar.

 “Bu səhər (bazar günü) Ərbildəki İsrail kəşfiyyat xidmətinin (Mossad) bazasına raket hücumu və bu casus mərkəzinin hədəfə alınması ərəbdilli mediada geniş işıqlandırılıb”-deyə, İranın “İRNA” xəbər agentliyi məlumat yayıb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar