SON XƏBƏRLƏR

Gürcüstan müxalifəti İran yük təyyarələrinə keçid icazəsi ilə bağlı hökumətə müraciət edib

2022.09.15, 10:57
Gürcüstan müxalifəti İran yük təyyarələrinə keçid icazəsi ilə bağlı hökumətə müraciət edib

Gunaz.tv

"Azadlıq" radiosunun fars bölməsinin verdiyi xəbərə görə, müxalif siyasətçilər Gürcüstan hökumətindən bu məsələ ilə bağlı izahat tələb ediblər.

Məlumatlara görə, İranın Rusiyaya göndərdiyi pilotsuz təyyarələrin daşıyıcısı olduğu güman edilən “Iran Air” şirkətinə məxsus yük təyyarəsi bir müddət əvvəl Gürcüstanın hava məkanından keçib.

Bu hadisə Qərbin Rusiyaya qarşı sanksiyaları ilə əlaqəli Gürcüstan hökumətinin mövqeyi ilə bağlı suallara səbəb olub və Amerikanın İranda PUA istehsal edən şirkətlərə qarşı sanksiyalarının zəif tərəfləri ilə bağlı şübhələr yaradıb.

Gürcüstanın İqtisadiyyat Nazirliyi açıqlamasında İranın törəmə nəqliyyat şirkətinə məxsus yalnız bir təyyarənin ölkə səması üzərindən keçdiyini təsdiqləyib. 

Bu açıqlamada “sentyabrın 4-də İrəvandan Moskvaya uçan bu təyyarənin Gürcüstanın hava məkanında cəmi on dəqiqə olduğu” bildirilir.

Gürcüstanın İqtisadiyyat Nazirliyi ABŞ-ın İranın bu aviaşirkətinə qarşı tətbiq etdiyi sanksiyaları təkzib edib və avqustun 23-i və 30-da ölkə səmasında görünən digər iki İran təyyarəsi ilə bağlı şərh verməyib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar