SON XƏBƏRLƏR

Gürcüstan: Vahid Milli Hərəkat parlamenti boykot edib

2023.02.07, 13:28
Gürcüstan: Vahid Milli Hərəkat parlamenti boykot edib

Gunaz.tv

Partiya siyasi boykot rejiminə keçdiyini və plenar sessiyalar, komitə dinləmələri və digər formatlar da daxil olmaqla parlament fəaliyyətlərində iştirak etməyəcəyini bəyan edib.

Qeyd olunub ki, hazırkı mərhələdə partiyadan olan deputatlar mandatlarını saxlayırlar.

VMH partiya və fraksiyanın daha güclü etiraz formaları ilə bağlı məsləhətləşmələr keçirəcəyini bəyan edib.

Qeyd edək ki, VMH bu gün saat 17:00-da hökumət administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bəyan edib.

Partiyanın qərarı Tbilisi Şəhər Məhkəməsininin ötən gün sabiq Prezident Mixeil Saakaşvilinin həbsdə saxlanılması ilə bağlı qərarından sonra qəbul edilib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar