SON XƏBƏRLƏR

Ərdəbil Polad Şirkəti tarixi Qara Həsənli məkanını dağıdır

2022.08.11, 08:58
Ərdəbil Polad Şirkəti tarixi Qara Həsənli məkanını dağıdır

Gunaz.tv

Saytın verdiyi məlumata görə, mədəniyyət xadimləri tarixi bölgənin dağıdılmasının qarşısının alınması və oradan çıxarılan əsərlərin qorunması ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, Ərdəbil şəhərindən 11 km məsafədə, Abıbəyli çayına doğru “Qara Həsənlu” kəndi yaxınlığında polad zavodunun tikintisinə başlanılması ilə əlaqədar aparılan qazıntılar zamanı bu ərazidə qədim əşyalar aşkarlanıb.

Arxeoloq və mütəxəssislərin bildirdiyinə görə, 2 hektar ərazini əhatə edən tarixi məkan Parfiya dövrünə aiddir.

Zavodun tikintisi nəzərdə tutulan ərazinin 1000 kvadrat metr sahəsində Parfiya dövrünə aid nadir tikinti nümunələri, saxsı əşyalar, nadir məzar nümunələri və insan skeletləri mövcuddur.  

Bu unikal yerin qazıntılarında iştirak edən mütəxəssislər heyrətamiz artefaktların, o cümlədən ilk "qayçı"nın aşkar edildiyini bildirirlər.

Bundan öncə iyul ayının 19-da ərdəbilli milli-mədəni fəalların verdiyi məlumata görə, Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə çox sayda müraciətlərin olmasına baxmayaraq tarixi bölgədə işlər dayandırılmayıb.

Onların məlumatına görə, adı çəkilən yerin ətrafında beton maneələr quraşdırılıb və layihə rəhbərliyi yerli dövlət qurumlarının dəstəyi ilə zavodu tarixi yerin üzərində qurmaqda israrlı görünürlər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar