SON XƏBƏRLƏR

Ərdəbilə xüsusi təyinatlı qüvvələr və texnika daşınır

2022.11.09, 05:44
Ərdəbilə xüsusi təyinatlı qüvvələr və texnika daşınır

Gunaz.tv

Ərdəbilli sosial media istifadəçiləri və bir sıra xarici media orqanlarının yaydığı məlumata görə, son iki gün ərzində şəhərə çox sayda xüsusi təyinatlı qüvvə və hərbi texnikalar gətirilməkdədir.

Bunun son günlər etiraz aksiyalarının genişlənməsi və yaxın günlərdə yeni kütləvi nümayişlərin keçirilməsi ilə bağlı çağırışlardan sonra baş verdiyi bildirilir.

Məlumatlarda Ərdəbilə çox sayda hərbi və xüsusi təyinatlı qüvvənin gətirilməsinin son günlər İran-Azərbaycan arasında baş verən mübahisələr və İran hökumətinin Azərbaycan əyalətlərində Azərbaycana dəstək nümayişlərinin keçirilməsindən ehtiyat etməsi ilə də əlaqələndirilir.

 

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar