SON XƏBƏRLƏR

Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı

2022.10.26, 07:11
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı

Gunaz.tv

İran Təhsil Nazirliyi oktyabrın 25-də yaydığı məlumatda bir neçə bölgədə, xüsusilə Ərdəbil və Kürdüstan əyalətlərində universitet və məktəblərin bağlandığını bildrib.

Hökumət bunun qrip virusunun yayılmasının qarşısını iddia etsə də, məktəblərin bağlanmasının Məhsa Əmininin ölümünün 40-cı günündə çağrılan etiraz aksiyaları ilə bağlı olduğu ehtimal edilir.

Hər iki əyalətdə bir neçə şagird və yeniyetmənin öldürüldüyünə görə, bundan öncə bu əyalətlərdə oktyabrın 26-da geniş nümayişlərə çağırışlar edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar