SON XƏBƏRLƏR

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021.12.07, 12:39
Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

Gunaz.tv

Seyid Kəmaləddin Mir Cəfəriyan əyalətdə şiddətli su çatışmazlığı barədə xəbərdarlıq edib və bunu Ərdəbilin əsas problemlərindən biri olaraq qiymətləndirib. 

“Hazırda Ərdəbil əyaləti, xüsusilə kəndlər şiddətli su çatışmazlığı ilə üz-üzədir və bu sahədə daha tutarlı tədbirlərin həyata keçirilməsi vacibdir”-deyə, vali müavini bildirib. 

Su çatışmazlığının qarşısının alınması üçün modern əkinçilik və suvarma sisteminin qurulmasının zəruriliyini bildirən Mir Cəfəriyan bunun həyata keçirilməsi üçün vəsait çatışmazlığı olduğunu qeyd edib. 

Toplantıda çıxış edən Ərdəbil əyalətinin Regional Su Şirkətinin başçısı Əli Heydəri isə son altı ayda ötən ilin eyni dpvrü ilə müqayisədə Ərdəbil əyalətində yağıntıların 50% azaldığını və bunun nəticəsində bölgənin ciddi su çatışmazlığı böhranı ilə üz-üzə qaldığını söyləyib. 

Heydəri hal-hazırda əyalət bəndlərində mövcud olan su həcminin 402 milyon kubmetr olduğunu və bunun bəndlərinin normal tutumunun yalnız 25%-nı təşkil etdiyini bildirib. 

Qeyd edək ki, Ərdəbil əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani əyalətdə toplam 300 min nəfər əhalisi olan 400 kənddə su çatışmazlığı olduğunu deyib.

“Qeyd olunan kəndlərin içməli su probleminin əsaslı həlli üçün 540 milyard tümən vəsaitə ehtiyac var. Ancaq yetərli budcə ayrılmadığı üçün içməli su çatışmazlığının həlli mümkün olmayacaq”-deyə, Əlirza Nemət Sultani bildirib.

C.E

 

Açıklama yok.

Seyid Kəmaləddin Mir Cəfəriyan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar