SON XƏBƏRLƏR

Ərdəbil zindanında iki məhkum edam edilib

2022.06.08, 16:45
Ərdəbil zindanında iki məhkum edam edilib

Gunaz.tv

Höccət Asiyabani və Səccad Təkrəvi adlı məhkumların bundan öncə qətldə günahlandırılaraq edam cəzasına məhkum edildikləri bildirilir.

İran məhkəmə sistemi və rəsmi media ərdəbilli məhkumların edamı ilə bağlı məlumat yaymayıblar.

Bununla yanaşı iyunun 8-də Bircənd və İlam zindanlarında da daha iki məhkumun edam cəzası icra edilib.

Bircənd zindanında Məhəmmədrza Naruyi Qəzzaq adlı məhbus narkotik alverində ittiham olunduğu üçün asılıb.

İlam şəhərinin həbsxanasında isə adam öldürməkdə günahlandırılan Səttar Ərğəndə adlı məhkum dar ağacından asılıb.

Qeyd edək ki, aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı qeyd olunur.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar