SON XƏBƏRLƏR

Ərdəbil zindanında saxlanılan milli fəal Firuz Moininin sağlıq durumu ağırdır

2022.10.12, 10:40
Ərdəbil zindanında saxlanılan milli fəal Firuz Moininin sağlıq durumu ağırdır

Gunaz.tv

Oktyabrın 5-də ərdəbil şəhərində özünün iş yerində təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli fəal Firuz Moininin ağır vəziyyətdə olduğu deyilir.

Onun saxlanıldığı zaman və sonrakı vaxt döyüldüyü, sol gözünün görmə qabiliyyətini itirdiyi, qulağından ciddi zədə aldığı və bədəninin müxtəlif nahiyələrindən aldığı xəsarətlər nəticəsində çətin hərəkət etdiyi qeyd edilir.

Firuz Moini bundan öncə 2018-ci ilin iyun ayında da illik Babək qurultayı ilə əlaqədar saxlanılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar