SON XƏBƏRLƏR

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

2022.10.06, 06:01
Ərdəbildə divarlara etiraz şüarları yazılıb

Gunaz.tv

“Universitet qətlgah deyil" və "Qanunlarınızı mənim bədənimdən kənar saxlayın!” şüarlar Ərdəbil şəhərinin bir çox küçələrinin divarlarında qeyd olunub.

Fəalar divar yazıları ilə İran hökumətinin universitetlərdə öyrəncilərə qarşı repressiyalarını, qadınların geyim tərzlərinə müdaxiləsini tənqid ediblər.

Qeyd edək ki, son günlər universitet öyrəncilərinin etiraz aksiyalarına qoşulmasından sonra əksər ali təhsil ocaqlarında təhlükəsizlik və polis qüvvələri yerləşdirilib.

Dinc etiraz aksiyalarına qatıldıqlarına görə, yüzlərlə öurənci həbs edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar