SON XƏBƏRLƏR

Ərdəbildə hökumət əleyhinə şüarlar səsləndirən məktəblilər döyülüb-VİDEO

2022.11.04, 08:12
Ərdəbildə hökumət əleyhinə şüarlar səsləndirən məktəblilər döyülüb-VİDEO

Gunaz.tv

Buna səbəb bəzi şagirdlərinsəhər mərasimi zamanı məktəblərdə hökumət lehinə səsləndirilən şüarlardan fərqli və hökumət əleyhinə şüar vermələri olub.

Məktəb müdiri şagirdlərdən bəzilərini sıradan çıxararaq aşağılayıb və onları döyüb.

Məktəblərdə hökumət tədbirlərini boykot edən şagirdlərə qarşı zorakılıq edilməsi və onların dərslərdən qovulması ilə bağlı yüzlərlə fakt mövcuddur.

Bir müddət bundan öncə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası təhlükəsizlik, hərbi və mülki geyimli qüvvələrin məktəblərə daxil olmasını” “məktəblərin və təhsil məkanlarının şəxsi toxunulmazlığının pozulması” və “sistemli repressiya” kimi qiymətləndirib, bunu pisləyib.

Qeyd edək ki, oktyabrın 13-də Ərdəbilin "Şahid" orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.

Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı şagird həyatını itirib,  Aytək Mikayili və Hana Duzduzani adlı qız şagirdlər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar