SON XƏBƏRLƏR

Ərdəbildə şiddətli bahalıq hökm sürür- Hüseyn Kəsirlu dövlət qurumlarını tədbirlər görməyə çağırdı

2021.11.19, 13:03
Ərdəbildə şiddətli bahalıq hökm sürür-  Hüseyn Kəsirlu dövlət qurumlarını tədbirlər görməyə çağırdı

Gunaz.tv

O, Ticarət Palatasının buna nəzarət etməli olduğunu deyib.

Hüseyn Kəsirlu bildirib ki, bazar qiymətlərinə nəzarətin gücləndirilməsini və əhalinin narazılığının qarşısının alınması üçün bölgə hakimləri və məhkəmə sistemi işçiləri Ticarət Palatasının üzvləri ilə birlikdə çalışmalıdır. 

Ərdəbildə bahalığın şiddətli olduğunu diqqətə çatdıran H.Kəsirlu, əhalinin zəruri ehtiyaclarının təmin olunması istiqamətində Ticarət Palatasının səmərəli fəaliyyət göstərməli olduğunu və əhali arasında gərginliyin yaranmaması üçün qiymət artımına qarşı tədbirlərin gücləndirilməsini istəyib.

Qeyd edək ki, İranın Statistika Mərkəzinin noyabrın birinci yarısında yaydığı məlumatdan Ərdəbildə inflyasiya səviyyəsinin ölkə üzrə orta göstəricidən yüksək olduğu, əyalətin cari ilin oktyabr ayında 41,6% inflyasiya göstərici ilə İranda 17-ci yerdə qərarlaşdığı görünür.

Statistika Mərkəzinin verdiyi rəqəmlərə əsasən son 12 ayda ölkə üzrə inflyasiya göstəricisi ortalama 45.4% olduğu halda, bu Ərdəbildə 48.1 faiz olub.

C.E 
 

11 درصد از شمار زندانیان مهریه در قزوین كاهش یافت - ایرنا

Hüseyn Kəsirlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar