SON XƏBƏRLƏR

Ərdəbildə öldürülən şagirdin kimliyi dəqiqləşdirilib

2022.10.15, 16:03
Ərdəbildə öldürülən şagirdin kimliyi dəqiqləşdirilib

Gunaz.tv

Oktyabrın 12-də Ərdəbil şəhərinin "Şahid" orta məktəbində hökumət məmurlarının öldürdüyü 16 yaşlı məktəblinin kimliyi bəlli olub.

 Əsra Pənahi Xanqah adlı yeniyetmənin dəfn mərasimi oktyabrın 14-də keçirilib və o, Ərdəbilin Əliabad qəbristanlığında torpağa tapışırılıb.

Təhlükəsizlik məmurlarının Əsranın ailəsinə təzyiq göstərdikləri, onları məsələni ictimailəşdirməmək barədə xəbərdarlıq etdikləri və dəfn mərasiminin məmurların nəzarəti altında ciddi təhlükəsizlik şərayitində keçirildiyi bildirilir.

Bununla yanaşı Aytək adlı başqa yeniyetmənində ağır döyüldüyü üçün daxili qanaxma səbəbindən komaya düşdüyü və hal-hazırda reanimasiya bölməsində olduğu qeyd edilir.

Rəsmilərin inkarına baxmayaraq, oktyabrın 12-də döyülən daha 17 qız məktəblinin yaralandığı, onlardan bir neçəsinin həbs edildiyi təsdiqlənib. 

Oktyabrın 15-i günorta saatlarında isə döyülən və həbs edilən məktəblilərin valideynləri adı çəkilən məktəbin həyətinə toplaşıblar.

Onlar övladlarının harada saxlanıldığı və nədə ittiham olunduqları barədə məktəb rəhbərliyindən cavab istəsələrdə, müdiriyyət məsələnin onların səlahiyyətindən qıraqda olduğunu deyib.

Qeyd edək ki, oktyabrın 12-i günorta saatlarında hökumət qurumları bir neçə məktəbin, o cümlədən Şahid məktəbinin şagirdlərini küçələrə çıxararaq etirazçılar əleyhinə şüar verməyə məcbur etməyə çalışıblar.

Küçələrə çıxarılan şagirdlər hökumət əleyhinə şüarlar səsləndirdikləri üçün polis və SEPAH qüvvələrinin hücumuna məruz qalıb, ağır döyülüb, yaralanıb və bir neçə şagird həbs edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar