SON XƏBƏRLƏR

Ərdəbildə milli fəalların məhkəməsi olub

2022.11.24, 07:26
Ərdəbildə milli fəalların məhkəməsi olub

Gunaz.tv

Fəalların məhkəmə iclası Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində keçirilib.

Kamyar Səlimin başçılığı ilə keçirilən məhkəmə iclasında Əsgər Əkbərzadə "sistemə qarşı təbliğat" və Səid Sadiqifər isə "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları ilə bağlı müdafiə çıxışı ediblər.

Adı çəkilən milli fəallar sentyabrın 22-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

Səid Sadiqifər noyabrın 3-də, Əsgər Əkbərzadə isə noyabrın 16-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Ərdəbil zindanından sərbəst buraxılıblar.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar