SON XƏBƏRLƏR

Ərdəbildə on minlərlə işçi təzminat ala bilmir

2021.11.03, 12:01
Ərdəbildə on minlərlə işçi təzminat ala bilmir

Gunaz.tv

Behruz Rəhimzadə işsizlərin siğorta və təminat məsələlərinə həsr olunan toplantıda əyalətdə işsizlər və iş yerlərini itirənlər barədə danışıb.

۱۶درصد اشتغال اردبیل در بخش تعاون است/فعالیت ۱۹۰۰ تعاونی در استان -  خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency

O, hal-hazırda Ərdəbil əyalətində yalnız 1700 nəfərin işsizlik siğortasından istifadə edə bildiyini, bu rəqəmin isə öncəki ilə nisbətdə 300 nəfər azaldığını deyib.

Bundan öncə Ərdəbil, Nir, Nəmin və Sərein şəhərlərinin İran parlamentindəki nümayəndəsi Südeyf Bədri açıqlama vermişdi.
O, hökumətin rəsmi statistikasında Ərdəbil əyalətində 70 min nəfərin işsiz olduğu barədə göstərilən məlumatı qeyri ciddi adlandırmışdı.

Millət vəkili Ərdəbildə olan işsizlərin sayının rəsmi rəqəmlərdə göstərilənlərdən daha çox olduğunu, əlaqədar qurumların rəqəmləri saxlalaşdırdığını bildirmişdi.

Bədri işsizlərin çoxunluğunun yüksək təhsilli gənclərdən ibarət olduğunu qeyd edərək, onların məşğulluğu sahəsində əməli tədbirlərin görülmədiyini söyləmişdi.

C.E

تصمیم دارم در تبلیغات از هیچ پوستر و بنری استفاده نکنم

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar