SON XƏBƏRLƏR

Ərdəbildə çörək bahalaşdı

2022.04.04, 12:44
Ərdəbildə çörək bahalaşdı

Gunaz.tv

Bu barədə güneyli sosial media fəalları və bir sıra müstəqil media qurumları məlumat yayıb.

Bundan öncə Ərdəbil əyalətinin valisi Seyid Hamid Amili bölgədə un qıtlığı və çörəyin qiyməti ilə bağlı verdiyi açıqlamada yaz bayramından sonra qiymətlərlə bağlı yeni qərar veriləcəyini demişdi.

Media fəallarının yazdığına görə, qiymətlərin kəskin bahalaşmasına baxmayaraq əyalət rəsmiləri və yetkili qurumlar heç bir açıqlama verməyiblər.

Martın 31-də Ərdəbil əyalətinin Germi şəhəri və ətraf bölgələrində çörək qıtlığının yaşanması ilə bağlı məlumatlar yayılmışdı.

Germinin fərmandarı Hüseyn Molayi mediaya verdiyi açıqlamada problemin “un qaçaqmalçıları” ilə əlaqəli olduğunu iddia edib və məsələnin həlli üçün Germi şəhərinin kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının tədbirlər gördüyünü bildirmişdi.

Qeyd edək ki, xüsusilə son iki ilərzində İranın əksər əyalətlərində taxıl və un qıtlığının yaranmasına, çörəyin bahalaşmasına baxmayaraq, İran hökuməti Livana böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar