SON XƏBƏRLƏR

Ərdəbildə çörək qıtlığı yaranıb

2022.07.09, 07:50
Ərdəbildə çörək qıtlığı yaranıb

Gunaz.tv

Fəallar və sıravi vətəndaşlar keyfiyyətinin aşağı düşməsinə, qiymətin bahalaşmasına baxmayaraq mağazalarda çörəyin tapılmadığını bildiriblər.

Qeyd olunub ki, dükanlarda çörək tapmaq müşkülə çevrilib. Çörək almaq üçün hər gün mağazaların qarşısında saatlarla gözləməli olurlar.

Çörək mağazalarının sahibləri  bildirib ki, qıtlığın səbəbi hökumətin onlar üçün nəzərdə tutulan un miqdarını azaltmasıdır. 

Qeyd edək ki, bundan öncə bir çox şəhərlərdə müxtəlif növ çörəklərin qiyməti kəskin artıb və istehsalı azalıb.

Buna baxmayaraq, İran hökuməti Livana, Hizbullah terror təşkilatına  böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar