SON XƏBƏRLƏR

Ərdəbildə təhlükəsizlik məmurları milli fəalın evində axtarış aparıb

2022.10.28, 05:46
Ərdəbildə təhlükəsizlik məmurları milli fəalın evində axtarış aparıb

Gunaz.tv

Oktyabrın 27-də Ərdəbilin təhlükəsizlik idarəsinin əməkdaşları heç bir məhkəmə qərarı olmadan milli fəal Mürtəza Pərvinin ata evində axtarış aparıblar.

Onun özü evdə olmadığına görə, mili fəala məxsus şəxsi əşyaları, o cümlədən komputer və kitabları özləri ilə aparıblar.

Qeyd edək ki, bir neçə gün öncə Ərdəbil təhlükəsizlik idarəsinin əməkdaşları milli fəal Mürtəza Pərvinə zəng edərək onun sözügedən idarəyə getməsini tələb ediblər.

Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini bildirib və ora getməkdən imtina edib.

Qeyd edək ki, Müctəba Pərvin bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb.

O, 44 günlük ikinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında başqa 12 nəfər fəalla birgə həbs edilmişdi.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar