SON XƏBƏRLƏR

Ərdəbildə yollar bağlanıb- Qar təmizləyən texnika çatışmır-VİDEO

2022.01.21, 11:04
Ərdəbildə yollar bağlanıb- Qar təmizləyən texnika çatışmır-VİDEO

Gunaz.tv

Bölgədə əksər yollar bağlanıb. Əyalətdə qar təmizləyən texnika çatışmır. Bu barədə əyalət valisi açıqlama verib.

Ərdəbil əyalətinin valisi Seyid Hamid Amili əyalət yollarını açmaq üçün lazimi texnikaların olmadığını deyib.

O, bu barədə yanvarın 20-də əyalətin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsində keçirilən Böhran İdarəetmə Mərkəzinin toplantısında çıxışı zamanı bildirib.

Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Kəlimullah Vusuqi çox sayda kəndin yolunun bağlı olduğunu və onların ətrafdan təcrid vəziyyətə düşdüyünü bildirib.

Onun dediyinə görə, bölgə yollları ilə yanaşı güclü qar və çpvğun nəticəsində Ərdəbil şəhərinin əksər yollarında nəqliyyatı hərəkəti çətinləşib, bir sıra əsas yollar isə tamamilə bağlanıb.

Ərdəbil şəhərinin bələdiyyə başçısı Mahmud Səfəri şəhər əhalisinin suallarına cavab olaraq bildirib ki. əldə olan texnikalarla şəhərin qardan təmizlənməsi üçün 500 gün vaxt lazımdır.

Qeyd edək ki, son məlumata görə Ərdəbil əyalətinin xüsusilə mərkəz və cənub bölgələrində 318 kənd ətrafdan təcrid vəziyyətinə düşüb və kəndlərinin yollarının açıllması üçün tenika çatışmazlığı yaşanır.

C.E
 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar