SON XƏBƏRLƏR

Ərdəbilli elm adamları dünyanın ən yaxşı alimləri siyahısında

2021.10.26, 10:17
Ərdəbilli elm adamları dünyanın ən yaxşı alimləri siyahısında

Gunaz.tv

Davud Yusifzadə mediaya verdiyi məlumatda “Stenford” Universiteti və “Elsevier” nəşrlərinin birgə hesabatına əsasən 14 ərdəbilli alimin dünyanın 2% ən yaxşı alimləri siyahısına salındığını deyib.

“Ən yaxşı alimlərin siyahısını tərtib etmək üçün dünyanın hər yerindən 22 sahə və 176 alt sahə üzrə ən azı beş elmi məqalə dərc etmiş tədqiqatçılar nəzərdən keçirilib.

Siyahıya salınmaq üçün seçimlər alimlər tərəfindən dərc olunan məqalələrdə sitatların sayı, onların yazılarına istinad sayı və özünə istinad göstəricilərinə əsasən aparılıb”-deyə, D.Yusifzadə bildirib.

“Mühəqqiqi Ərdəbili” Universitetinin tədqiqat və texnologiya üzrə prorektoru  Davud Yusifzadənin özüdə adı çəkilən 14 ən yaxşı alim arasındadır. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar