SON XƏBƏRLƏR

Ərdəbilli fəal ETTELAAT-da təzyiqə məruz qalıb

2021.10.29, 06:09
Ərdəbilli fəal ETTELAAT-da təzyiqə məruz qalıb

Gunaz.tv

Bölmədə bir neçə saatlığına dindirilən fəal təhdid olunub.

Yaxınlarının verdiyi məlumata görə, fəal bir neçə saatlıq kəşfiyyat idarəsinin yerli bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Məlumatda qedy olunur ki, 3 saatdan çox çəkən dindirmə zamanı kəşfiyyat məmurları Məqsud Əlizadeqana təzyiq göstərib, fəaliyyətlərini davam etdirəcəyi təqdirdə həbs olunacağı ilə hədələyiblər.

Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 169 və 170 -ci maddələrinə görə, yalnız məhkəmə orqanı şəxslərin məhkəməyə çağrılması üçün yazılı çağırış verə bilər.

Məhkəmə orqanı tərəfindən telefon vasitəsilə çağırılma halında, bu Cinayət Prosessual Məcəlləsinin 175 -ci maddəsinə uyğun olaraq elektron icraat qaydaları çərçivəsində olmalıdır.

Əks halda, qeyri-məhkəmə dövlət orqanlarının yazılı və ya şifahi çağırışlarının heç bir hüquqi qüvvəsi yoxdur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar