SON XƏBƏRLƏR

Ərdəbilli milli fəal Saman Bidar təhlükəsizlik idarəsinə çağrılıb

2022.11.27, 11:28
Ərdəbilli milli fəal Saman Bidar təhlükəsizlik idarəsinə çağrılıb

Gunaz.tv

Bildirilir ki, noyabrın 26-da adı çəkilən bölmədən Saman Bidara zəng edilərək onun bir sıra suallara cavab verməsi üçün bölməyə getməsi istənilib.

Milli fəal telefon vasitəsilə çağrılmasının qanunsuz olduğunu, bunun üçün qanuni məhkəmə hökmünün olmasını bildirərək təhlükəsizlik bölməsinə getməkdən imtina edib.

Ərdəbilli fəaların verdiyi məlumata görə, bundan sonra təhlükəsizlik bölməsinin əmkdaşları Saman Bidarın yaşadığı evə basqın edərək axtarış aparsalar da, milli fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər.

Qeyd edək ki, Saman Bidar bundan əvvəl 
2021-ci ilin 26 fevralında saxlanılaraq Ərdəbil zindanına köçürülüb və 8 fevral tarixində 50 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılsa da, İnqilab Məhkəməsi tərəfindən 3 il 45 gün şərti həbs cəzasına məhkum edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar