SON XƏBƏRLƏR

Əli və Rza Vasiqi qardaşları elektron qandalla azadlığa buraxılıb

2022.03.16, 18:34
Əli və Rza Vasiqi qardaşları elektron qandalla azadlığa buraxılıb

Gunaz.tv

2 il müddətinə həbs cəzasına məhkum olunan Vasiqi qardaşlarının məhkumluq dövrlərini bitirmələrinə 7 ay qalırdı.

Elektron qandal qanuna əsasən elektron xidmət göstərməli olan penitensiar məhbuslar və müttəhimlər üçün nəzərdə tutulub.

Bununla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə elektron sistem altında müəyyən edilmiş ərazidə nəzarət olunmalıdır.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar