SON XƏBƏRLƏR

Ərdəbilli uşaqların əsərləri Yaponiyanın beynəlxalq rəsm müsabiqəsində nümayiş olunacaq

2021.11.26, 13:28
Ərdəbilli uşaqların əsərləri Yaponiyanın beynəlxalq rəsm müsabiqəsində nümayiş olunacaq

Gunaz.tv

“Sülh Bələdiyyə Başçıları Təşkilatının Yaponiya və İran Katibliyi tərəfindən ardıcıl 5-ci ildir ki, sülhün öyrədilməsi və uşaqların sülh və tolerantlıq anlayışı haqqında biliklərinin artırılması məqsədi ilə “Sülh Şəhəri” mövzusunda 5-ci Beynəlxalq Rəsm Müsabiqəsi keçirilir”-deyə, Ərdəbil İncəsənət Mərkəzinin İctimaiyyətlə Əlaqələr bölməsinin məsulu Əmir Rəcəbi bildirib.

O, mediaya verdiyi məlumatda deyib ki, bu yarış 6 yaşdan 15 yaşa qədər bütün uşaqlar üçün nəzərdə tutulub.

Birinci mərhələdə iranlı hakimlər tərəfindən təqdim olunan bütün işlər qiymətləndirilib və hər yaş kateqoriyasından 5 əsər seçilərək hər bir şəhər üzrə Yaponiya Katibliyinə göndərilib.

Qeyd edək ki, azərbaycanlı uşaqlar Vəndad Mücərrəd, Səlva Camei, Aylin Qənbəri və Yasəmin Paşayinin rəsm əsərləri Yaponiya 5-ci Beynəlxalq Sülh Rəsm Müsabiqəsi 2021-ə təqdim olunublar.

Yarış Yaponiyanın Hiroşima şəhərində keçiriləcək və müsabiqənin qalibləri Sülh Bələdiyyə Başçıları Təşkilatının Yaponiya Katibliyi tərəfindən Hiroşima merinin imzası ilə sertifikatla təltif olunacaqlar. 

C.E

برای ماندگاری ارزش های دوران دفاع مقدس باید آن را در قالب هنر گنجاند -  خبرگزاری شبستان ، رسانه حوزه دین ، فرهنگ و اندیشه

Əmir Rəcəbi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar