SON XƏBƏRLƏR

Ərdəbilli xanım velosipedçidən böyük uğur: Behnaz Hidayəti 2365 km məsafəni qət edib

2021.12.29, 11:21
Ərdəbilli xanım velosipedçidən böyük uğur:  Behnaz Hidayəti 2365 km məsafəni qət edib

Gunaz.tv

Ərdəbilli xanım velosipedçi İranın 10 əyalətində 90 gün ərzində 2365 km məsafə qət etdikdən sonra yenidən Ərdəbil şəhərinə çatıb.

Behnaz Hidayəti “sülh və dostluq” şüarı ilə başladığı 90 günlük velosiped turunu başa vuraraq dekabrın 27-də Ərdəbilə çatıb və əhali tərəfindən coğşu ilə qarşılanıb.

Behnaz Hidayəti bildirib ki, velosiped turunun məqsədi bu idman sahəsinin inkişafına dəstək və ətraf mühitin qorunması mövzusuna məsulların və vətəndaşların diqqətini cəlb etməkdir.

34 yaşlı ərdəbilli velosipedçi Behnaz Hidayəti ingilis dili tərcüməçi, Ərdəbil Turizm Velosipedi Komitəsinin rəhbəri, velosiped idmanı üzrə təlimçi və tur bələdçisidir.

C.E
 

بانوی دوچرخه سوار اردبیلی پس از طی ۲ هزار و ۳۶۵ کیلومتر وارد اردبیل شد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar