SON XƏBƏRLƏR

Tehran vurulmuş Ukrayna təyyarəsi ilə bağlı suallara cavab verməlidir: 4 ölkə İrana möhlət verdi - FOTOLAR

2021.12.17, 12:43
Tehran vurulmuş Ukrayna təyyarəsi ilə bağlı suallara cavab verməlidir: 4 ölkə İrana möhlət verdi - FOTOLAR

Gunaz.tv

Onlar sərnişin təyyarəsinin vurulması ilə bağlı suallara cavab vermək üçün İrana 2022-ci il yanvarın 5-ə qədər vaxt veriblər.

Bəyanatda deyilir ki, İran rejiminin təyyarənin vurulması ilə bağlı suallara cavab verməsi və hadisə qurbanlarının ailələrinə kompensasfiya ödəmək üçün yanvarın 5-ə qədər vaxt verilir və əgər həmin müddətdə rəsmi Tehran problemin həlli üçün əməli addım atmasa, onlar İran və onun rəhbərlərini beynəlxalq məhkəməyə verəcəklər.

“Tehranın Ukrayna təyyarəsinin vurulması ilə bağlı suallara cavab verməkdən boyun qaçırması və məsələyə dekonstruktiv yanaşması artıq səbrimizi tükədib. Tehranın suallarımıza cavab verməsi və sözü gedən qrupla əməkdaşlığa başlaması üçün yalnız yanvarın 5-ə qədər vaxtı var.

Həmçinin hesab edirik ki, İran vurduğu təyyarə qurbanlarının ailələrinə kompensasiya ödəmək üçün Ukrayna Aviasiya Şİrkəti ilə müzakirələrə başlamalıdır. Əks təqdirdə biz bu cinayətin işini beynəlxalq məhkəməyə aparacağıq”, -deyə Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın yaydığı birgə bəyanatında bildirilir. 

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub. Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, qurbanları 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

Rogue Air Defense Unit Fired On Passenger Plane Without Authorization, Iran  Says : NPR

إيران ترد على كندا: لسنا قلقين من إحالة قضية "تحطم الطائرة" إلى محكمة العدل  الدولية | ایران اینترنشنال

سرمایه‌هایی که در "پرواز مرگ" سوختند؛ درباره نخبگان ایرانی سقوط هواپیمای  اوکراینی چه می دانیم؟+عکس

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar