SON XƏBƏRLƏR

Radikal kürd fəalları Qərbi Azərbaycanda gərginlik yaradır

2022.04.26, 09:06
Radikal kürd fəalları Qərbi Azərbaycanda gərginlik yaradır

Gunaz.tv

Bu barədə sosial media fəalları məlumat yayıb.

Məlumatda martın 23-də baş verən silahlı basqının Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq kəndinin Kosa kəhriz kəndi ərazisində yaşayan mühacir etnik kürdlər tərəfindən həyata keçirildiyi qeyd olunub.

Şeyx Məruf kəndi çevrəsində olan otlaq sahələrinə iddia edən kürdlər Təbii Sərvətlər Nazirliyinin yerli idarəsinin otlaq sahələrinin onlara məxsus olmadığı ilə bağlı çıxardığı qərara əhəmiyyət verməyib və türklərin sahələrə girişinin qarşısını almağa çalışıblar.

Fəallar etnik kürd mühacirlərin problemlərinin qanuni həlli ilə bağlı məsələyə cəlb olunmuş və otlaqların kürdlərə məxsus olmadığı barədə rəy vermiş mütəxəssisin də kürdlər tərəfindən ölümlə hədələndiyini bildirirlər.

Martın 3-də qanunu arayışları olan türk kəndlilər mal-qaralarını otarmaq üçün otlaq sahəyə apardıqda silahlı kürdlərin hücumuna məruz qalır və onlardan 5-i güllə yarası alır.

Kürdlərin hücumuna məruz qalan Müslüm Süleymani, Nasir Cavadiyan, Adil Cani, Əmir Cani və Behnam Səfdəri adlı türk kəndli olub.

Onlardan üçü durumu ağır olduğu üçün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinə köçürülüb, iki nəfər isə Sulduz xəstəxanasına yerləşdirilib.

Hal-hazırda telefon və internet əlaqəsi kəsilmiş kəndin İran İnqilab Keşikçiləri Korpusunun məmurları tərəfindən mühasirəyə alındığı,  giriş-çıxışa nəzarət edildiyi deyilir.

Qeyd edək ki, xüsusilə son ilıər etnik mühacir kürdlərin Azərbaycan torpaqlarına, Qərbi azərbaycan şəhər və kəndlərinə iddiaları yenidən çoxalıb və İran hökumətinin bir çox hallarda gərginliyin böyüməsində maraqlı olduğu görünür. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar