SON XƏBƏRLƏR

Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

2022.08.13, 07:52
Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

Gunaz.tv

Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Azərbaycan Ordusuna Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı yeni göstərişlər də verilib.

Tapşırığı müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.

Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar