SON XƏBƏRLƏR

Amerikalı professor Brenda Şaffer: "İran Ukrayna hadisələrindən dərs almalıdır"

2022.03.02, 06:45
Amerikalı professor Brenda Şaffer: "İran Ukrayna hadisələrindən dərs almalıdır"

Gunaz.tv

O, İranı ölkədə yaşayan xalqların hüquqlarına önəm vermədiyi üçün təhlükələrlə qarşılaşacağını deyib.

“Ukraynanın Rusiyaya müqavimət göstərməsindən İran dərs almalıdır.

İran əsrlər boyu farsların və digər millətlərin bir dövlətdə yaşadığını və əksəriyyətinin ortaq şiə məzhəbini bölüşdüyünü iddia edib. Tehran etnik azlıqların özünü idarə etmək cəhdlərini rədd edir.

Belə yanaşma Rusiya və Ukraynanı bir yerdə saxlaya bilmədi”-deyə, ekspert yazıb.

Professor Brenda Şafferin bu paylaşımı İran mediasının, özəlliklə hökumət və  panfarsist mərkəzlərə bağlı mətbuat qurumlarının narahatlığına səbəb olub.

Onlar xanım Şafferi İsrail casusu adlandırıb və paylaşımını İranda olan separatçılara siqnal kimi dəyərləndiriblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar