SON XƏBƏRLƏR

Argentinada saxlanılan təyyarənin pilotu SEPAH üzvü imiş

2022.06.18, 05:26
Argentinada saxlanılan təyyarənin pilotu SEPAH üzvü imiş

Gunaz.tv

Onun dediyinə görə, Paraqvay Argentina ilə əməkdaşlıq edərək Buenos-Ayres hava limanında tutulan “Mahan” təyyarəsinin ekipajını müəyyən etmək üçün araşdırma aparıb. Nəticədə pilot Qulamrza Qasiminin SEPAH-ın “Qüds” qüvvələrinin üzvü olduğuna dair sübutlar əldə edilib.

Argentinalı hakim Federiko Vilna Amerika kəşfiyyat xidmətindən Qulamrza Qasiminin Argentina Xarici İşlər Nazirliyi vasitəsilə SEPAH-ın Qüds Qüvvələri ilə əlaqəsinin mümkün dəlillərini və pilotun kimliyini tam müəyyən etmək üçün lazım olan məlumatları təqdim etməsini istəyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Argentina mediasının yazdığına görə, bu ölkənin hökuməti tərəfindən göyərtəsində SEPAH-ın Qüds Qüvvələri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir neçə iranlının olduğu Venesuela yük təyyarəsi saxlanılıb.

Argentina parlamentinin üzvü Jerardo Milman "Royters"ə verdiyi müsahibədə adı çəkilən yük təyyarəsinin ekipaj üzvlərinin kəşfiyyat missiyası daşıdıqlarını deyib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar