SON XƏBƏRLƏR

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023.03.28, 09:53
"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

Gunaz.tv

İranın rəhbəri Əli Xameneyinin son əfv fərmanına toxunan N.Məhəmmədi bunu humanizm nümunəsi kimi deyil, qərb və beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını aldatmaq üçün atılmış hiyləgər addım kimi dəyərləndirib.

"Dini avtoritar hökumətin anti-feminist siyasəti güclənib və tələbə qızların ardıcıl zəhərlənməsi, məhbus qadınlara qarşı zorakılıqların artması qadınlara zülmün davam etdiyini göstərir"-İran İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavin Nərgiz Məhəmmədi bildirib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan İran İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavin Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar