SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi qadın məhbuslara təzyiqlərlə bağlı BMT nümayəndəsinə məktub yazıb

2022.12.05, 12:53
Nərgiz Məhəmmədi qadın məhbuslara təzyiqlərlə bağlı BMT nümayəndəsinə məktub yazıb

Gunaz.tv

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və hazırda Tehranın Evin zindanında saxlanılan siyasi məhbus həbsdə olan qadınlara qarşı zorakılıq halları ilə bağlı xüsusi araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Azərbaycanlı siyasi məhbus məktubunda bundan əvvəl Evin həbsxanasının 209-cu bölməsi və Zəncan şəhərinin həbsxanasında qadınlara qarşı zorakılıq, qəddarlıq və cinsi təcavüz halları ilə bağlı faktlar təqdim edib.

İslam Respublikasının hakimiyyət və məhkəmə orqanları tərəfindən hüquqlarının pozulması hallarına toxunan Məhəmmədi deyir ki, 2010-cu ildən 2019-cu ilədək Evin zindanında və 209 saylı Mühafizə Palatasında, eləcə də Zəncan zindanında qadın məhbusların çoxsaylı və dəhşətli hekayələrini. onların təcavüzə qaldığını görüb.

O, oxşar hərəkətlərin hazırda Evin həbsxanasının qadın bölməsində davam etdiyini bildirib.

Qeyd edək ki. ötən həftə İran Tələbələr Birliyi Səha Mürtəza adlı xanım tələbənin məmurlar tərəfindən qısnamaya məruz qaldığını, onun etirazından sonra ağır döyüldüyü barədə məlumat yayıb.

İran həbsxanalarında və təcridxanalarında zorakılıq, hücum və zorlama hallarının uzun tarixi var. 

2009-cu il prezident seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlardan sonra Kəhrizək təcridxanasında saxlanılan bir sıra məhbuslar zorakılığa və cinsi təcavüzə məruz qalıblar.

Bunu dövrün bir sıra məmurları və siyasi xadimləri də təsdiqləyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar