SON XƏBƏRLƏR

Britaniyanın baş naziri İranın təhlükəsizlik qüvvələrinin davranışını “iyrənc” adlandırıb

2022.12.21, 10:01
Britaniyanın baş naziri İranın təhlükəsizlik qüvvələrinin davranışını “iyrənc” adlandırıb

Gunaz.tv

Rişi Sunak İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə bildirib ki, o, Tehran hökumətinin iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozan digər hərəkətlərindən get-gedə daha çox narahatlıq hiss edir.

Böyük Britaniyanın baş naziri İranda davam edən etirazlar ilə bağlı suala cavab olaraq deyib ki, “İrandakı etirazlardan aldığımız mesaj çox aydındır, İran xalqı hökumətdən razı deyil. Biz isə İran xalqının yanındayıq”.

Rişi Sunak daha sonra Tehran hökumətinin İrandakı etirazçıları susdurmaq davranışını iyrənc adlandırıb.

“Rusiya və Ukrayna yeni ildə bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, mən İranın davranışından getdikcə daha çox narahat oluram”-baş nazir belə deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar