SON XƏBƏRLƏR

"İran qadınları molla rejiminə boyun əyməkdən imtina edir"-Britaniyanın baş naziri

2022.11.29, 09:45
"İran qadınları molla rejiminə boyun əyməkdən imtina edir"-Britaniyanın baş naziri

Gunaz.tv

Rişi Sunak bu barədə noyabrın 28-də Londonda beynəlxalq rəsmilərin və xarici siyasət ekspertlərinin iştirakı ilə keçirilən illik toplantıda danışıb.

“İran qadınları ən təvazökar və heyrətləndirici cəsarət nümayiş etdirir, teokratiya və din hakimiyyətinin nəzarətinə boyun əyməkdən imtina edirlər",-deyə, Rişi qeyd edib.

O, İranda hakim olan durumla razılaşmadıqlarını, bununla bağlı daha effektiv işlər görəcəklərini bildirib.

Baş nazir dəstəklədikləri dəyərlərin qələbə çalacağına inamını ifadə edib.

Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar