SON XƏBƏRLƏR

Türk dilinin rəsmi dil elan olunmasından 745 il ötür

2022.05.13, 07:43
Türk dilinin rəsmi dil elan olunmasından 745 il ötür

Gunaz.tv

Bu fərmanla yeni həyat qazanan türk dili dövlət dilində üstünlük təşkil edən ərəb və fars dili qarşısında daha da möhkəmləndi. 

745 illik keçmişə malik bu fərmanın türk dilinin dövlətçilik tarixi və ədəbiyyatda istifadəsində əvəzsiz xidmətləri oldu, dilimizin inkişafı və gələcək nəsillərə ötürülməsində böyük rol oynadı. Müasir Türkiyədə Türk Dili Bayramı kimi qeyd olunan tarixi gün, əslində, bütün türk dünyası üçün dil bayramına çevrilməyə haqq qazanıb. 

Türk dilinin dövlət yazışmaları kimi işlənməsinin ilk örnəkləri VIII əsrin əvvəllərinə aid olan Göytürk kitabələridir. Göytürklərin dövlət dili kimi türk dilini istifadə etmələri günümüzdəki türk dövlətlərinə ilham qaynağı olacaq qədər dəyərlidir:
"Türk Oğuz Bəyləri, eşidin! Üstdə göy çökmədikcə, altda yer dənizi deşmədikcə, elini - mərasimi kim poza bilər.

Millətin adı yox olmasın deyə, Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Az milləti çox, ac milləti tox etdim... Yoxsul milləti zəngin, dustaq milləti bəy etdim..."

XI əsrdə "Kitabi-Dədə Qorqud" dastanları yazıya alınmış, Mahmud Kaşğarlının "Divanü Lüğət-it-Türk", Yusif Balasaqunlunun "Qutadqu-bilik" kimi ortaq türk kültürünün möhtəşəm əsərləri meydana çıxmışdı. XIII əsr şairimiz, divanı Azərbaycan və Rumda məşhur İzzəddin Həsənoğlunun türk dilindəki qəzəlləri günümüz üçün də çox aydın dildə ifadə olunmuş türk dilinin işləkliyinin çərçivəsini genişləndirib:

Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim.

Hər nə qədər daha çox fars dilində yazsa da, böyük türk mütəsəvif şairi Mövlana Cəlaləddin Rumi də türk kimliyini öz rübaisində ifadə edərək farsdilli poeziyada da türklüyünü qoruyurdu:

Yabançı bilməyin, mən də bu eldənəm.
Sizin diyarınızda öz ocağımı
aramaqdayam.
Düşmən kimi görünürəmsə də,
düşmən deyiləm.
Hindcə söyləyirəm, amma əslim Türkdür.

Qaramanoğlu Məhəmməd Bəy hərbi zəfərləri ilə yanaşı, mədəni, elmi inkişafa, milli dəyərlərin qorunması və gələcəyə ötürülməsinə cəhd göstərirdi. 

Bu gün türk dillərində təxminən 300 milyondan çox insan danışır. Türkiyə, Quzey Kipr, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızstan, Özbəkistan dövlətlərində yerli türkcələr dövlət dili statusundadır. 

Çində yaşayan 30 milyondan çox uyğurun ana dilində təshil hüquq yoxdur. İran adlanan ölkədə yaşayan 40 milyona yaxın türkün da ana dilində yazıb-oxumaq hüququ əlindən alınıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar