GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
Avropa Parlamenti İrana və SEPAH-a qarşı sanksiyaların genişləndirilməsini istədi
Portuqaliya bəşəriyyətə zidd tarixinə görə kompensasiya ödəmək istəyir
Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib
Buşehrdə onlarla sosial media fəalı həbs edilib
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
HƏMAS mülki sığınacaqlardan raket atır
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
Kamala Harris: ABŞ İsraili İran qarşısında dəstəkləyəcək
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Sayın Qala şəhərinin girişində azərbaycanca qarşılama sözləri ləğv edilib
Cümə namazlarında iştirak edən yoxdur- Xaməneinin ofisinin nümayəndəsi
Fəht Təşkilatı HƏMAS-ı öldürmə və oğurluqda ittiham edib
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
ABŞ iranlı hakerlər barədə məlumat verənlərə mükafat təyin edib
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Vaşinqton 3 şəxs və 2 cəmiyyətə sanksiya tətbiq edib
İsrail İranın S-300 raketlərini məhv edib!
Şimali Koreyanın rəsmilərindən ibarət heyət İrana səfər edib
Argentina iran daxili işlər naziri Əhməd Vəhidinin həbsini tələb etdi
Estoniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, türkiyəli qonaqlar və digər iştirakçılar respublikamızın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Ehtiyatda olan general-polkovnik Erdoğan Karakuş Zəfər Günü münasibətilə Gəncədə olmaqdan qürur duyduqlarını bildirib, Türkiyə qaziləri adından bayram təbriklərini çatdırıb.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyəli qonaqları qəbul edib. Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixi köklərə əsaslandığı ifadə edilib, dövlətlərimiz arasında əməkdaşlığın region və qlobal miqyasda strateji əhəmiyyəti vurğulanıb.
Vətən Müharibəsi zamanı Gəncə sakinlərinin erməni terroruna qarşı mərdliklə dayandıqları diqqətə çatdırılıb.
Türkiyə hərbyönümlü QHT nümayəndələri və qazilər Gəncə şəhərində keçirilən tədbirlər çərçivəsində Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Abidənin önündə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordunun olmaması və bolşevik-daşnak hökumətinin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırım siyasəti milli hökuməti çətin sınaq qarşısında qoydu.
Cümhuriyyətin qurucuları Osmanlı dövləti ilə əlaqələr yaradaraq hərbi kömək istədilər və nəticədə Osmanlı dövləti kütləvi qırğınların qarşısını almaq məqsədilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu təşkil edərək Azərbaycana göndərdi.
Qafqaz İslam Ordusunun 13 əsgəri 1918-ci ilin 11 iyununda Gəncədə Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə şəhid olub.
Türkiyəli nümayəndələrin adından çıxış edən Türkiyə Müharibə Veteranları Birliyinin sədri Beyazıt Yumuk xalqlarımızın tarixi köklərə əsaslanan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələrindən söhbət açıb. Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyası arasında imzalanmış dostluq haqqında razılaşmanın bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi” ilə davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ehtiram əlaməti olan abidənin inşası Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı reallaşdırılıb.
Azərbaycan və Türkiyə hərbiyönümlü QHT nümayəndələri səfər zamanı Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstər Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər. Ziyarətçilərə muzeyin yaranma tarixi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədəki fəaliyyət dövrü və muzeydəki eksponatlar barədə ətraflı məlumat verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünə dair eksponatların saxlandığı muzeydə Azərbaycanın ilk Baş Naziri Fətəli xan Xoyskinin iş otağının da yerləşdiyi, burada həmin dövrə aid olan əşyalar və sənədlər ilk olduğu kimi qorunduğu qeyd olunub.
Muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və s. Cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar, həmçinin Azərbaycanın ilk dövlət xəritəsi və istiqlal bəyannaməsi də nümayiş olunur.
Gəncə Memorial Kompleksini ziyarət edən Azərbaycan və Türkiyə QHT nümayəndələri Vətən müharibəsi zamanı Ermənistanın raket hücumu zamanı həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək, ehtiramlarını bildiriblər.
İştirakçılar qarşısında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən başladılan təcavüzkar müharibənin gedişində düşmən ölkənin Azərbaycan müxtəlif şəhərlərində mülki əhaliyə qarşı terror aktları törətdiyini vurğulayıb.
Qeyd edib ki, Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərdə, gecə saatlarında böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı balistik və kaset tipli raketlərlə xaincəsinə hücum həyata keçirdilər.
Nəticədə 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib.
Milli Qəhrəman Vahid Quliyev ermənilərin mülki əhalinin məhv edilməsi və miqyaslı dağıntılar yolu ilə kütləvi vahimə yaratmaq məqsədilə törətdikləri vəhşiliklərin vandalizm aktı olduğunu, beynəlxalq ictimaiyyətin bu faciəyə real qiymət verməsinin, günahkarların cəzalandırılmasının vacib olduğunu diqqətə çatdırıb.
Çıxışlarda bildirilib ki, mülki əhalinin kompakt yaşadığı ərazilərə ballistik raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını nümayiş etdirdi.
Daha sonra iştirakçılar Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşanın ev muzeyini ziyarət ediblər.
Qonaqlara muzey barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə olarkən Cümhuriyyətin kəşfiyyat qurumunun rəhbəri Nağı Şeyxzamanlının evindən qərargahı kimi istifadə edib. Həmin ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub və Nuru Paşanın ev-muzeyi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyənin hərbyönümlü QHT-lərinin nümayəndələrinin ölkəmizə səfəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Ayxan
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
"Dünyada sabitliyə ən böyük hədə İrandır"- İsaq Herzoq
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İsrail niyə İsfahanı hədəf aldı?
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
Güneyli aktivist məzuniyyətə göndərilib