Mərkəzi Bank və AQC rəhbərliyi arasında görüş olub

09.12.2022, 12:58

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov, sədrin müavini Əliyar Məmmədyarov, sədr ofisinin rəhbəri Ülvin Əliyev, departament direktoru Ziya Hacılı, AQC sədrinin müavinləri Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov və sədrin müşaviri Azər Niftiyev iştirak ediblər.

Gunaz.tv Quote | Gunaz article

Qonaqları salamlayan Mərkəzi Bankın sədri Taleh Kazımov qiymətləndirmə sahəsinin əhəmiyyətindən bəhs edib. Sədr qeyd edib ki, inkişaf edən Azərbaycan iqtisadiyyatı digər sahələrdə olduğu kimi, qiymətləndirmə sektorunda da islahatları qaçılmaz edir.

Onun sözlərinə görə, rəhbəri olduğu qurum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır. “Qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir. Ölkəmizin maliyyə sabitliyinə zəmanət verir. 

Bu baxımdan obyektiv və şəffaf qiymətləndirmələrin aparılmasına, mövcud reallığı əks etdirən rəylərin hazırlanmasına xüsusi ehtiyac var. Biz bu istiqamətdə ölkə qiymətləndiriciləri dialoqa hazırıq.

Mərkəzi Bank olaraq tərəfimizdən bu sahənini tərəqqisi üçün addımlar atmağa, əməkdaşlığa hazırıq” – söyləyən  T.Kazımov əlavə edib ki, bu cür təmaslar davamlı olmalıdır.

Öz növbəsində Mərkəzi Bankın rəhbərliyini salamlayan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Mərkəzi Bankın fəaliyyətini yaxından izlədiklərini və təqdir etdiklərini vurğulayıb: “Qiymətləndirmə subyektləri maliyyə təsisatları ilə yaxından işləyir. 

Özəl banklar və sığorta şirkətləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışırıq. Bu sahədə olan bəzi problemləri sizin diqqətinizə çatdırmaq istəyirəm.

Banklar və sığorta şirkətlərinin qiymətləndirmələri müstəqil qiymətləndirmə şirkətlərinə həvalə etməsi, onların özlərinin bu prosesdə iştirakdan imtina etməsi, milli qiymətləndirmə standartlarının qəbul edilməsi, qiymətləndiricilərin məlumat bazasının yaradılması labüddür.

Bununla bağlı təkliflərimizi sizə təqdim etdik. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tarixində ilk dəfədir ki, Mərkəzi Bankın birinci şəxsi səviyyəsində görüş keçiririk. Əminəm ki, təmaslarımız davamlı olacaq və hər iki qurum arasında münasibətlərin inkşafında yeni mərhələnin əsasını qoyulacaq”.

Mərkəzi Bankın və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) rəsmilərinin çıxışlarından sonra tərəflər birgə İşçi Qrupunun yaradılması, qiymətləndirmə sahəsindəki vəziyyəti əks etdirən hesabatın hazırlanması, gələcək fəaliyyyət istiqamətlərinin müəyyən edilməsi barədə razılığa gəldilər.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02