SON XƏBƏRLƏR

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022.05.20, 15:49
Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

Gunaz.tv

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Gəminin dənizə buraxılması mərasimində Türkyənin milli müdafiə naziri Hulusi Akar və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edib.

Hulusi Akar çıxışı zamanı bildirib ki, "MilGem" (Milli gəmi) layihəsi çərçivəsində inşa edilən "Bədr" Pakistan Hərbi Dəniz Qüvvələrinin ən inkişaf etmiş gəmilərində biri olacaq. Gəmi müxtəlif güclü raketlərlə təchiz edilib.

Türkiyə və Pakistan arasında imzalanan müqaviləyə əsasən Pakistan üçün 4 hərbi gəmi inşa ediləcək. Gəmilərdən ikisi Türkiyədə, digər ikisi Pakistanda hazırlanmalıdır.  (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar