SON XƏBƏRLƏR

Türkiyədə SEPAH-a bağlı iranlı terrorçular həbs edilib

2022.06.14, 06:41
Türkiyədə SEPAH-a bağlı iranlı terrorçular həbs edilib

Gunaz.tv

Bu barədə MİT bəyanat yayıb. Təşkilat israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxslərin saxlanıldığını bildirib.

Bəyanatda Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslərin həbs olunduğu qeyd olunub.

Onların məqsədinin İsrail vətəndaşlarının və İran hökumətinə müxalif şəxslərin oğurlanması olduğu deyilir.

Qeyd edək ki, bundan öncə İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısının alındığı barədə məlumat yayılıb.

Məlumata görə, İsrail təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə Türkiyə torpaqlarında İsrail hədəflərinə hücum etmək niyyətləri barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.

“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”-deyə, “Kan” televiziyası bildirib.

İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan Respublikası və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar